Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi

0

  •         22.06.2018-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi.
             Müşavirədə Xocalı rayon icra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbəri cənab Vahid Əliyev, müəssisə, idarə rəhbərləri, Xocalı rayon İHB-nın İƏD-si üzrə nümayəndələri və onların müavinləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər iştirak etdilər.
            Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxışında ölkədə məşğulluğun artırılması istiqamətində görülən işlərdən danışdı. Nicat Ələsgərov qeyd etdi ki, 569 nəfər sakin Xocalı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. 01.06.2018-ci il tarixə qədər 140 nəfər işaxtaran müraciət etmişdir ki, onlardan 30 nəfəri işə düzəlib. Hal-hazırda rayonun idarə, müəssisə və təşkilatları tərəfindən 55 vakant verilmişdir.
           Sonra Xocalı rayon Vergilar Şöbəsinin direktoru Nurəddin Allahverdiyev məruzəsində bildirdi ki, 01.06.2018-ci il tarixə rayon üzrə VÖEN verilməklə uçota alınmış vergi ödəyicilərinin sayı 521 (38 hüquqi şəxs və 483 fiziki şəxs), faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı isə 98 nəfər və ya 18,8% təşkil edir. Rayon üzrə faktiki fəaliyyət göstərən 72 fiziki şəxslərdən 7-si ictimai iaşə, 2-si istehsal sahəsi, 8-i nəqliyyat xidməti, 9-u kənd təsərrüfatı, 13-ü pərakəndə satış ticarəti, 6-sı avtomobillərə texniki xidmət, 1-i musiqiçi, 1-i sığorta faəliyyəti və 25-i isə digər qruplar daxil olmayan sair fərdi xidmətlərin göstərilməsi ilə məşğul olurlar.
            Daha sonra Xocalı rayon Statistika İdarəsinin rəis müavini Siyavuş Rəcəbov məruzə ilə çıxış edərək təmsil etdiyi idarənin fəaliyyətindən, həmçinin statistik göstəricilərdən məlumat verdi. O, dedi ki, rayon üzrə 4224 təsərrüfat təşkil edir. Rayonumuzda  əmək fəaliyyəti ilə məşğul olan iqtisadi fəal əhali 7862 nəfər təşkil edir ki, bunlardan rayonumuzda idarə, müəssisə və təşkilatlardan qəbul edilən hesabatlara əsasən işləyənlərin sayı 1150 nəfərdir. İqtisadi fəal  əhalidən qalan hissəsi isə fərdi əməklə və kənd təsərrüfatı sahəsində mövsümü işlərdə, müxtəlif sahələrdə əməklə məşğul olurlar. Rayonda muzdla işləyən 1150 nəfərdən 72 nəfəri dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışırlar.
            Vahid Əliyev məruzəçiləri diqqətlə dinləyərək irad və tapşırıqlarını verdi. Sahibkarların fəaliyyətində hər hansı problem olduğu halda mərkəzi və yerli icra hakimiyyətləri nəzdində yaradılmış Appelyasiya Şurasına müraciət etmələrini tövsiyə etdi.
                                 





      








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib54 dəfə
    Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması qeyri leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi

    Maraqlı gələ bilər
    12
    48